Tələbələr daha bir medal qazandılar
13.07.2024 - 18:31

Macarıstanın Mişkolts şəhərində tələbələrin Avropa Universitet Oyunlarında Azərbaycan daha bir medal qazanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını (ASAPES) təmsil edən şahmatçılar Vüqar Manafovla Elmar Atakişiyev növbəti dəfə fəxri kürsüyə qalxıblar.
Onlar blits növü üzrə komanda yarışında gümüş medal qazanıblar.
Qeyd edək ki, cütlük daha öncə rapid yarışlarında 17 komanda arasında birinci yeri tutub.
- Mourinyo: “Mənə hər şeyi danışsaydılar, bura gəlməzdim”
- “Araz-Naxçıvan” bürünc medala bir addım da yaxınlaşdı - YENİLƏNİB
- Millimiz Lüksemburqa məğlub oldu - YENİLƏNİB
- Aziz Yıldırım transfer siyahısını açıqladı: “Lukaku, Dibala, Taliska və Sörlot”
- “Zirə” milli komandanın üzvünü heyətinə qatmaq istəyir
0
0