![Ançelottidən 100-cü qələbə - Çempionlar Liqasında](https://apasport.az/storage/news/2022/september/15/big/6322cba0e0fad6322cba0e0fae16632247366322cba0e0fab6322cba0e0fac.jpeg)
“Real” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi II turda “Leypsiq”ə iki cavabsız qolla qalib gəlib.
Bu, Karlo Ançelottinin baş məşqçi kimi Çempionlar Liqasında 100-cü qələbəsi olub. Yubilyar bu göstəricidə turnirin ikincisidir. Yalnız əfsanəvi Aleks Ferqyuson daha çox – 102 dəfə komandasının qalibiyyətinə sevinib.
“Real” cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 8-ci qələbəsini qazanıb. Bu, klub tarixində 3-cü belə startdır. 1961/62 və 1968/69 mövsümlərində Migel Munyosun yetirmələri belə seriyaya imza atıb.
Qeyd edək ki. “Real” növbəti turda “Şaxtyor”la qarşılaşacaq.