Asensio tarixə düşdü
13.04.2023 - 11:58
![Asensio tarixə düşdü](https://apasport.az/storage/news/2023/april/13/big/6437b61e11e556437b61e11e5616813727026437b61e11e536437b61e11e54.jpg)
Madrid “Real”ının hücumçusu Marko Asensio Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Apasport.az saytı xəbər verir ki, 27 yaşlı ispaniyalı futbolçu 1/4 finalın “Çelsi” ilə oyununda matça sonradan daxil olaraq qol vurmaqla buna nail olub.
Görüşün 71-ci dəqiqəsində Rodriqonu əvəzləyən forvard meydana çıxdıqdan 3 dəqiqə sonra fərqlənib. Bununla da Asensio əvəzetmədən oyuna qoşulduğu matçlarda vurduğu qolların sayını 9-a çatdırıb. Bu isə Çempionlar Liqasının tarixinə rekord kimi düşüb.
Qeyd edək ki, “Real” ilk qarşılaşmada “Çelsi”ni 2:0 hesabı ilə məğlub edib.
0
0