![İlin “qocaları” – 41-dən 45-ə](https://apasport.az/storage/news/2023/january/06/big/63b7c7cf5922c63b7c7cf5922d167298862363b7c7cf5922a63b7c7cf5922b.jpg)
2022-ci ildə ölkə çempionatlarının yüksək liqalarında meydana çıxan ən yaşlı futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in tərtib etdiyi cədvəldə 10 oyunçu yer alıb.
Bolqarıstanlı qapıçı Georgi Petkov ilin ən “qoca” futbolçusu olub. Siyahıya 6 qolkiper, 2 hücumçu, 1 müdafiəçi və 1 yarımmüdafiəçi düşüb.
Livanlı yarımmüdafiəçi Abbas Ahmed Atvi ən yaşlı sahə oyunçusudur. Müdafiəçilərdən İldefons Lima cədvələ düşüb. “Top-10”dakı hücumçular isə Ceyms Şamanqa və Ris Qriffitsdir.
1. Georgi Petkov (Bolqarıstan) - 45 yaş 343 gün
2. Oussa (Misir) - 45 yaş 198 gün
3. Daniel Vaca (Boliviya) - 43 yaş 324 gün
4. Abbas Ahmed Atvi (Livan) - 42 yaş 247 gün
5. İldefons Lima (Andorra) - 42 yaş 229 gün
6. Conatan Juber (Lüksemburq) - 42 yaş 224 gün
7. Ceyms Şamanqa (Zambiya) - 42 yaş 220 gün
8. Ris Qriffits (Uels) - 42 yaş 200 gün
9. İlion Lika (Albaniya) - 42 yaş 148 gün
10. Artur Boruç (Polşa) - 41 yaş 358 gün