Messidən yeni rekord – tarixə düşdü
22.04.2023 - 13:23
![Messidən yeni rekord – tarixə düşdü](https://apasport.az/storage/news/2023/april/22/big/6443a7d5cfe006443a7d5cfe0116821554776443a7d5cfdfe6443a7d5cfdff.png)
Lionel Messi Fransa Liqa 1-də daha bir rekorda sahib olub.
Apasport.az saytı xəbər verir ki, PSJ-nin 35 yaşlı forvardı XXI əsrdə çempionatda ən çox məhsuldar ötürmə edən futbolçu adına yiyələnib.
Messi buna XXXII turun "Anje" ilə səfər matçında (2:1) Kilian Mbappeyə ikinci qolun ötürməsini etməklə nail olub. Bu, Argentina millisinin kapitanının bu mövsüm Liqa 1-də parislilərin heyətində 27-ci matçında 15-ci assistidir.
Qeyd edək ki, 2021-ci ildən PSJ-nin şərəfini qoruyan Messi bu mövsüm 36 oyunda 20 dəfə fərqlənib.
0
0