Ronaldo Robben və Messini qabaqladı – tarixdə 7-ci dəfə
25.11.2022 - 11:09
Portuqaliya millisinin üzvü Kriştianu Ronaldo dünən daha bir rekord müəyyənləşdirib.
Apasport.az saytı xəbər verir ki, 37 yaşlı hücumçu DÇ-2022-nin ilk turunda Qanaya qarşı keçirilən matçın ən yaxşı futbolçusu seçilməklə mundiallar tarixində bu mükafata ən çox sahib olan oyunçuya çevrilib.
Ulduz futbolçu bu ada 7 dəfə layiq görülüb.
O, bu göstəricidə Aryen Robben (Niderland) və Lionel Messini (Argentina) qabaqlayıb. Adları çəkilənlər 6 dəfə analoji uğura nail olub.
Qeyd edək ki, Portuqaliya Qananı 3:2 hesabı ilə məğlub edib.
- “Ordu”nun basketbolçusu: “Quba”ya qarşı oyunda çox diqqətli olmalıyıq”
- Millimiz Rusiyaya məğlub olub
- “Liverpul”un futbolçusu La Liqada - rəsmi
- Voleybolçularımız Latviya və Belarus yığmaları ilə üz-üzə gələcəklər
- Rəşad Eyyubov: “Neftçi”nin yeni transferlərinin uyğunlaşma vaxtı çoxdan bitib” - Müsahibə
0
0