Şakiri Messi və Ronaldunun uğurunu təkrarladı
03.12.2022 - 00:22
İsveçrə millisinin yarımmüdafiəçisi Cerdan Şakiri DÇ-2022-nin qrup mərhələsində Serbiya ilə matçda vurduğu qola görə tarixə düşüb.
Apasport.az xəbər verir ki, Şakiri son 3 dünya çempionatının hər birində qol vurub. Ondan başqa, yalnız Lionel Messi və Kriştianu Ronaldu bu uğura imza atıb.
Ümumiyyətlə, 31 yaşlı Kosovo əsilli Cerdan Şakiri bu göstərici ilə tarixdə 3 müxtəlif dünya çempionatında (2014, 2018 və 2022) qol vuran İsveçrə millisinin ilk futbolçusuna çevrilib.
- 186 milyonluq müqavilə
- Gimnastımız Tokioda keçirilən dünya çempionatında çıxış edəcək
- Universiada və Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılacaq
- “Turan Tovuz”un legioneri: “Sizə etiraf edim ki, oyundan bir gün əvvəl...” - Müsahibə
- Ronaldo “Əl-Nəsr”i finala çıxarıb
0
0