Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVIII turuna təsadüf edib.
“Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə qarşılaşmanın iştirakçısı olub.
Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.
Qeyd edək ki, Abdullah 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.
- Derbidə insident: Kadi başından zədələndi - Video
- Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib
- Yeqor Titov İtaliyaya güvənir: “Təvazökar qələbə gözləyirəm”
- Lerikdə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə çempionat
- “Trabzonspor”-“Fənərbaxça” matçından sonra 12 nəfər saxlanılıb