Yığmamız Daşkəndə yola düşüb
27.05.2025 - 19:56
Azərbaycan stolüstü tennis yığması növbəti beynəlxalq yarışda iştirak edəcək.
Apasport.az xəbər verir ki, seçmə komanda bu məqsədlə Özbəkistanın paytaxtı Daşkəndə yola düşüb.
Millimiz "WTT Youth Contender" turnirində bacarığını göstərəcək. Komandanın heyətində Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə yer alıblar.
Qeyd edək ki, sabah start götürəcək yarışa ayın 31-də yekun vurulacaq.
- Bu gün futzal üzrə Azərbaycan Kubokuna yekun vurulacaq
- Almaniya mundialla vidalaşdı, Yaponiya və İspaniya 1/8 finalda - YENİLƏNİB
- “Turan Tovuz” səfərdə qələbə qazandı - YENİLƏNİB
- Arteta: "Bazarda aktiv fəaliyyət göstərəcəyik"
- Mahir Emreli: "Azərbaycanlılar Almaniyada yaxşı nəticə qazanmağımı istəyirlər"
0
0