Azərbaycan idmançısı Avropa çempionu oldu
11.05.2024 - 19:27
![Azərbaycan idmançısı Avropa çempionu oldu](https://apasport.az/storage/news/2024/may/11/big/663f8ea956634663f8ea9566351715441321663f8ea956632663f8ea956633.jpg)
Bu gün Serbiyada keçirilən para-taekvondo üzrə Avropa çempionatının üçüncü günündə -70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İmaməddin Xəlilov tatamiyə çıxıb.
Apasport.az xəbər verir ki, finalda türkiyəli rəqibini məğlub edən İmaməddin ikinci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, para-taekvondoçu ötən il Rotterdamdakı analoji yarışda da qitənin ən güclüsü olmuşdu.
0
0