Azərbaycanın FIFA referisi Gürcüstan – Kipr oyununa təyinat alıb
03.06.2024 - 14:56
![Azərbaycanın FIFA referisi Gürcüstan – Kipr oyununa təyinat alıb](https://apasport.az/storage/news/2024/june/03/big/665d9fe532e8f665d9fe532e901717411813665d9fe532e8d665d9fe532e8e.jpg)
Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Kipr oyununa təyinat alıb.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş iyunun 4-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0