Azərbaycan Taekvondo Federasiyasının rəsmisi Koreyaya səfər edib
04.06.2025 - 12:54
Azərbaycan Taekvondo Federasiyasının Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva Koreya Respublikasının Pohang şəhərinə səfər edib.
Apasport.az xəbər verir ki, səfər çərçivəsində Pohang Taekvondo Federasiyası, Pohang İdmanlar Assosiasiyasının nümayəndələri ilə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti, beynəlxalq uğurları və inkişaf perspektivləri barədə məlumat verilmiş, tərəflər arasında birgə layihələr, təlim-məşq toplanışları və təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur.
- Azər Bağırov: "Dirəyin aşması, yağışın yağması Ehtiram müəllimin günahı deyil"
- Azarkeşləri daşıyan avtobus aşdı, yaralılar var
- Fransalı futbolçu komandada qalacaq: PSJ onu satmaq niyyətində deyil
- Bakıda "Olimpiya günü" tədbiri keçiriləcək
- Rəşad Sadıqov: “Tovuzda xal və ya xallar qazanmaq çətin olur” - VİDEO
0
0