Parataekvondoçularımızdan beynəlxalq turnirdə daha bir bürünc medal
26.03.2026 - 00:57
Parataekvondoçularımızdan beynəlxalq turnirdə daha bir bürünc medal

Türkiyənin Antalya şəhərində keçirilən Parataekvondo üzrə Türkiyə Açıq Beynəlxalq Turnirində Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, K44 kateqoriyasında 70 kq çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 1/8 finalda rusiyalı İvan Ovcharov, 1/4 finalda isə türkiyəli Mehmet Ünal üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.

Yarımfinaladək irəliləyən idmançımız Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları verən beynəlxalq turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Amin Əliyev, Sabir Zeynalov və Səmayə Həsənova da turnirdə bürünc medal əldə ediblər.