Paris-2024: Parataekvondoçumuz 1/4 finalda uduzub
31.08.2024 - 16:08
![Paris-2024: Parataekvondoçumuz 1/4 finalda uduzub](https://apasport.az/storage/news/2024/august/31/big/66d307e7b2fb366d307e7b2fb4172510615166d307e7b2fb166d307e7b2fb2.jpeg)
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında mübarizəyə qoşulan parataekvondoçumuz Əbülfəz Abuzərli (80 kq) 1/4 finalda uduzub.
Apasport.az xəbər verir ki, K44 kateqoriyasında mübarizə aparan idmançımız meksikalı Luis Najeraya (Meksika) məğlub olub - 3:6.
Ə.Abuzərov məğlubiyyətə rəğmən təsəlliveric görüşə çıxacaq. O, serbiyalı Nikola Spayiçlə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Paris-2024-ə avqustun 8-də yekun vurulacaq.
0
0