Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət millisi dünya çempionatına son hazırlıq mərhələsini tamamlayıb.
Apasport.az xəbər verir ki, taekvondoçular oktyabrın 7-dən 17-dək Qubada keçirilən təlim-məşq toplanışında iştirak edib.
Böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi ilə keçirilən toplanış oktyabrın 24–30-da Çinin Uşi şəhərində təşkil olunacaq dünya çempionatına hazırlığın son mərhələsini təşkil edib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı doqquz idmançı (yeddi kişi və iki qadın) təmsil edəcək.
- "Yuventus" İtaliya millisində çıxış edən futbolçusunu satacaq
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- Komandamızın Çempionlar Liqasındakı rəqibi bəlli olub
- Krakov-2023: Əkbərov və Məmmədov 1/32 finalda dayandı - YENİLƏNİB
- Bəhreyndə Formula 1-in yeni mövsümü başlayıb