61 yaşlı tennisçi rekorda imza atdı
29.07.2024 - 17:35
![61 yaşlı tennisçi rekorda imza atdı](https://apasport.az/storage/news/2024/july/29/big/66a7988e46ba566a7988e46ba6172225959866a7988e46ba366a7988e46ba4.jpg)
Paris-2024-də qələbə qazanan 61 yaşlı stolüstü tennisçi yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 1/32 finalda türkiyəli Sibel Altınkayanı üstələyən lüksemburqlu tennisçi Olimpiadalar tarixində qalib gələn ən yaşlı stolüstü tennisçi olub.
O, növbəti mərhələdə özündən 38 yaş kiçik çinli Sun Yinqşa ilə qarşılaşacaq.
0
0