ABŞ Açıqda böyük sensasiya – Şelton 4 saat 28 dəqiqəyə Alkarası devirdi
09.09.2026 - 11:58
ABŞ Açıqda böyük sensasiya – Şelton 4 saat 28 dəqiqəyə Alkarası devirdi

ABŞ Açıq tennis turnirində kişilərin mübarizəsində böyük sürpriz qeydə alınıb.

Apasport.az xəbər verir ki, 1/4 final mərhələsində amerikalı Ben Şelton ispaniyalı Karlos Alkarası 3:2 hesabı ilə məğlub edib.

Gərgin keçən qarşılaşma 4 saat 28 dəqiqə davam edib. Şelton həlledici setdə üstünlük əldə edərək yarımfinala vəsiqə qazanıb.

Bu məğlubiyyət Alkaras üçün ayrıca diqqətçəkən statistika ilə yadda qalıb. İspaniyalı tennisçi 2022-ci ildən bəri ilk dəfə 5 set davam edən qarşılaşmada məğlub olub.

Beləliklə, turnirin əsas favoritlərindən biri hesab olunan Alkaras ABŞ Açıqla 1/4 final mərhələsində vidalaşıb.

Qeyd edək ki, Şelton yarımfinalda həmyerlisi Frensis Tiafo ilə qarşılaşacaq.