Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başlanıb
19.04.2025 - 14:56
Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başlanıb

Bu gün veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib.

Apasport.az xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş qrupunda, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparırlar.

Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşdirəcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatına sabah yekun vurulacaq.