18 yaşadək voleybolçuların Azərbaycan birinciliyinin pley-off mərhələsi start veriləcək.
Apasport.az xəbər verir ki, bu mərhələdə ümumilikdə 14 komanda mübarizə aparacaq. Qızların yarışında 6, oğlanların yarışında isə 8 komanda çempionluq uğrunda mübarizə aparacaq.
Qarşılaşmalar Abşeron OİK-də və AVF-nin idman zalında keçiriləcək.
Reqlamentə əsasən, oğlanların yarışında oyunların qalibləri, qızların yarışında isə qalib komandalar və ən yaxşı nəticə göstərən məğlub komanda yarımfinal mərhələsində iştirak hüququ qazanacaq.
Qeyd edək ki, oyunlar 3-5 aprel tarixlərində Bakı şəhərində təşkil olunacaq.
Oyun proqramı
3 aprel
U-18 (oğlanlar)
10:30. “Naxçıvan” – “Murov Az Terminal”
12:30. “Oğuz RVK” – “ORDU”
14:30. “Bakı RVK – “Sumqayır RVK”
16:30. “Şərqi Zəngəzur RVK” - “Gəncə RVK”
U-18 (qızlar)
09:30. “Milli Aviasiya Akademiyası” – “Şərqi Zəngəzur RVK”
11:30. “Gəncə RVK” - “Lokomotiv”
13:30. “Möminə Xatun” – “Oğuz RVK”
- “Qalatasaray”ın futbolçusu “Anderlext”in hədəfində
- “Sumqayıt” bu gün ikinci yoxlama oyununa çıxacaq
- "İdmançılarımızın adı iştirak və reytinq siyahısından çıxarılmayıb" - Açıqlama
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Lloris "Los Anceles"ə getdi, "Tottenhem" onu unutmadı