14 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində bürünc və qızıl medallar uğrunda qarşılaşmalar keçirilb.
Oğlanlar arasında üçüncü yer uğrunda oyunda “Sumqayıt RVK” komandası “Bakı RVK”nı 2:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Qızların mübarizəsində isə “Möminə Xatun” komandası “Şərqi Zəngəzur RVK” klubuna 2:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.
Qızların final qarşılaşmasında “Turan” komandası “AZERRAIL”i 2:1 hesabı ilə məğlub edərək yarışın qalibi olub. Oğlanların final görüşündə isə “Naxçıvan” komandası “Oğuz RVK”nı 2:0 hesabı ilə üstələyərək çempionluğa yiyələnib.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib.
Daha sonra qalib komandalara kubok, medal və diplomlar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov, AVF-nin Naxçıvan filialının prezidenti Vüqar Əliyev, “Sumqayıt” VK-nın prezidenti Tariyel Alverdiyev, “Oğuz” RVK-nın direktoru Bülbül Qasımov təqdim ediblər.
Beləliklə, qızların yarışında “Turan” komandası qızıl medal və kuboka layiq görülüb. “AZERRAIL” gümüş, “Möminə Xatun” isə bürünc medal qazanıb.
Oğlanların yarışında isə “Naxçıvan” komandası qızıl medal və kuboka sahib olub. “Oğuz RVK” gümüş, “Sumqayıt RVK” komandası isə bürünc medal əldə edib.
Azərbaycan birinciliyi (U-14)
29 mart
Qızlar
III YER
“Möminə Xatun” - “Şərqi Zəngəzur RVK” 2:1 (19:25, 26:24, 15:9)
Final
“AZERRAIL” - “Turan” 1:2 (13:25, 25:7, 12:15)
I yer - “Turan”
II yer - “AZERRAIL”
III yer - “Möminə Xatun”
Oğlanlar
III YER
“Sumqayıt RVK” – “Bakı RVK” 2:0 (25:12, 25:23)
Final
“Naxçıvan” – “Oğuz RVK” 2:0 (25:8, 25:15)
I yer - “Naxçıvan”
II yer - “Oğuz RVK”
III yer - “Sumqayıt RVK”