Voleybol üzrə Çempionlar Liqası, CEV Kuboku və Çelenc Kubokunun püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Lüksemburqda baş tutan tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edəcək klublarının rəqibləri müəyyənləşib.
Yeni mövsümdə ölkəmizi Avropa arenasında iki qadın və iki kişi komandası təmsil edəcək. Son ölkə çempionları olan “Turan” və “Xilasedici” Çempionlar Liqasında, gümüş mükafatçılar “DH Volley” və “ORDU” isə Çelenc Kubokunda mübarizə aparacaq.
Qadınlardan ibarət “Turan” komandası Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq. Təmsilçimiz bu mərhələdə Xorvatiyanın “Mladost Zagreb” klubu ilə qarşılaşacaq. İlk oyun 20–22 oktyabr, cavab görüşü isə 27–29 oktyabr tarixlərində keçiriləcək.
Kişilərdən ibarət “Xilasedici” də yarışa ikinci təsnifat mərhələsindən start verəcək. Azərbaycan çempionunun rəqibi Portuqaliyanın “Sporting CP Lisboa” komandası olacaq. İlk görüş 3–5 noyabr, cavab matçı isə 10–12 noyabr tarixlərində baş tutacaq.
Çelenc Kubokunda çıxış edəcək “DH Volley” yarışın 1/32 final mərhələsində Danimarkanın “Holte IF”, “ORDU” isə Norveçin “Forde VBK” klubu ilə üz-üzə gələcək.
“DH Volley” ilk oyununu 27–29 oktyabr, cavab qarşılaşmasını isə 3–5 noyabr tarixlərində keçirəcək. “ORDU” isə ilk matçına 10–12 noyabr, cavab görüşünə isə 17–19 noyabr tarixlərində çıxacaq.
- Jalə Əliyeva debüt Avropa çempionatında finala çıxdı
- "Əl-Nəsr" "Mançester Siti"nin ulduzu ilə anlaşıb
- "Beşiktaş”da növbəti prezident seçkiləri başa çatıb - SERDAL ADALI QALİB GƏLDİ - YENİLƏNİB
- Təmsilçilərimiz Avropa Kubokunun ilk günündə 3 medal qazanıb
- Millimiz Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb