![Azərbaycan milliləri mövqeyində qaldı, Türkiyə zirvəyə yüksəldi](https://apasport.az/storage/news/2023/july/17/big/64b4fbfc9719064b4fbfc97191168958258864b4fbfc9718e64b4fbfc9718f.jpg)
Voleybol yığmalarının FİVB reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandalarının da mövqeyi bəlli olub.
Qadınlardan ibarət millimiz 103,38 xalla dünyanın 38-ci komandasıdır. Yığmamız cədvəldəki mövqeyini qoruyub.
Qadın komandaların cədvəlində lider dəyişikliyi olub. Finalda ABŞ yığmasına 3:1 hesabı ilə qalib gələn Türkiyə yığması tarixində ilk dəfə Millətlər Liqasının çempionu olub. Bu uğur “ay-ulduzlular”ı zirvəyə daşıyıb – 365,64 xal. ABŞ (358,45) ikinci sıraya enibsə, İtaliya (354,41) üçüncülüyünü qoruyub.
Kişilərdən ibarət komandamız 83,33 xalla planetin 46-cısıdır. Voleybolçularımız mövqeyini qoruyub.
İlk “üçlük” də dəyişməz qalıb. Polşa (389,75), İtaliya (370,01) və ABŞ (368,79) ön sıralarda qərarlaşıb.