Dzekoya Asiyadan təklif
31.05.2023 - 09:52
![Dzekoya Asiyadan təklif](https://apasport.az/storage/news/2023/may/31/big/6476da3e6a84b6476da3e6a84c16855107186476da3e6a8496476da3e6a84a.webp)
Səudiyyə Ərəbistanın “Əl-Hilal” daha bir ulduz futbolçuya təklif göndərib.
Apasport.az saytının məlumatına görə, asiyalılar Edin Dzekonu heyətinə qatmaq qərarına gəlib.
“İnter”in bosniya və herseqovinalı hücumçusuna 2 illik müqavilə təklif olunub. 37 yaşlı forvard bu variantı nəzərdən keçirməyə razılıq verib.
Qeyd edək ki, müqaviləsi bu yay başa çatacaq Dzeko azad agent statusu alacaq.
0
0