Azərbaycan millisi Avropa çempionatının təsnifatına başlayır
23.10.2026 - 09:43
20 yaşadək qızlardan ibarət Azərbaycan voleybol millisi bu gün Avropa çempionatının I təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, Gürcüstanın Rustavi şəhərində keçirilən EEVZA çempionatı çərçivəsində yığmamız ilk oyununu Polşa seçməsinə qarşı keçirəcək.
Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Qeyd edək ki, millimiz oktyabrın 24-də isə eyni saatda Latviya yığması ilə qarşılaşacaq.
0
0