Çimərlik voleybol yığmalarımız Antalyaya yollanıblar
29.04.2024 - 17:17
![Çimərlik voleybol yığmalarımız Antalyaya yollanıblar](https://apasport.az/storage/news/2024/april/29/big/662f9a9d0060a662f9a9d0060b1714395805662f9a9d00608662f9a9d00609.jpg)
Azərbaycanın çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət U-18 yığma komandaları Türkiyədə təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, komandalarımız bu məqsədlə bu gün Antalyaya yola düşüblər.
Mayın 12-dək davam edəcək təlim-məşq toplanışı zamanı voleybolçularımız burada yoxlama oyunlarında qüvvələrini sınayacaq və “Sportbeach” turnirində də iştirak edəcəklər.
0
0