Paris-2024: İtaliya qələbə ilə başladı
28.07.2024 - 13:23
![Paris-2024: İtaliya qələbə ilə başladı](https://apasport.az/storage/news/2024/july/28/big/66a60ddd0e21066a60ddd0e211172215855766a60ddd0e20e66a60ddd0e20f.jpg)
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları çərçivəsində qadınlar arasında ilk voleybol matçı oynanıb.
Apasport.az xəbər verir ki, görüşdə İtaliya və Dominikan Respublikası milliləri üz-üzə gəlib.
"South Park Arena"da baş tutan qarşılaşma İtaliyanın 3:1 (25-19; 24-26; 25:21; 25-18) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, matçın ən məshuldar oyunçusu 25 xalla İtaliya millisinin üzvü Paola Eqonu olub.
0
0