"Turan" "Azərreyl"lə qarşılaşacaq
08.01.2026 - 09:21
"Turan" "Azərreyl"lə qarşılaşacaq

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VIII tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Saat 13:30-da "Turan" "Azərreyl"lə qarşılaşacaq. Görüş Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək.

Saat 18:00-da isə "DH Volley" UNEC-lə üz-üzə gələcək. Bu matç Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşacaq.