Türkiyə millisindən möhtəşəm geridönüş
29.07.2024 - 13:35
![Türkiyə millisindən möhtəşəm geridönüş](https://apasport.az/storage/news/2024/july/29/big/66a7622029b1f66a7622029b20172224566466a7622029b1d66a7622029b1e.jpg)
Paris-2024 Yay Olimpiya Oyunlarının qadınlar arasında voleybol yarışlarında Türkiyə millisi tarixi geridönüşə imza atıb.
Apasport.az xəbər verir ki, C qrupunun I turunda qardaş ölkənin milli komandası Hollandiya ilə qarşılaşıb.
"Filenin sultanları" 2:0 məğlub olduğu matçda geridönüş edərək 3:2 (19:25, 19:25, 25:22, 25:22, 15:13) hesablı qələbə qazanıblar.
Türkiyə növbəti oyununu avqustun 1-də Dominikan Respublikasına qarşı keçirəcək.
0
0