![Yığmamız Sloveniya ilə yoxlama oyunu keçirəcək](https://apasport.az/storage/news/2022/july/18/big/62d506902b66c62d506902b66d165812801662d506902b66a62d506902b66b.jpg)
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Sloveniyaya yollanıb.
Apasport.az saytının məlumatına görə, Eldar Yusubovun çalışdırdığı yığma mayın 30-dan başladığı məşqləri Mariborda davam etdirəcək.
Voleybolçularımız burada AVRO-2023-ün təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsini keçəcəklər. Mariborda toplanış iyulun 31-də yekunlaşacaq. Hazırlıq çərçivəsində millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır.
Qeyd edək ki, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə üz-üzə gələcək.