Yüksək Liqa: "Neftçi" yarımfinal matçına çıxacaq
16.04.2025 - 09:19
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, ilk olaraq "Murov Az Terminal" "Neftçi" ilə üz-üzə gələcək.
Qarşılaşma saat 15:00-da start götürəcək. İki saat sonra "Azərreyl" və "Xilasedici" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci oyunları aprelin 18-də baş tutacaq.
- III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq
- Avropa çempionatı: İngilislər almanları məğlub edib kuboka sahib oldular
- Argentina 2026 Dünya Çempionatında
- Karvahal hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər
- İngiltərəli hücumçunun yeni klubu bəlli oldu - “Beşiktaş” açıqladı
0
0