![100-cü qol üçün qayıdış](https://apasport.az/storage/news/2023/february/04/big/63de2e836575263de2e8365753167550528363de2e836574e63de2e8365750.jpg)
Fransa millisinin sabiq futbolçusu Cibril Sisse karyerasını bitirmədiyini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, bir ildən çoxdur klubsuz olan 42 yaşlı hücumçu Liqa1-dən təklif gözləyir.
O, yenidən Fransa çempionatında oynamaq niyyətindədir. “Bastiya”, “Oser” və “Marsel”də keçirdiyi 209 matçda 96 qol vuran forvard 100-cü topunu vurmaq üçün Liqa1-ə qayıtmağı hədəfləyib.
Onun son klubu “Panatinaikos Çikaqo” olub. “Liverpul” və “Latsio” kimi bir sıra klublarda da oynamış Sisse ABŞ təmsilçisində 2021-ci ildə çıxış edib.
Qeyd edək ki, 2002-11-ci illərdə Fransa yığmasında oynayan Cibril Konfederasiyalar kubokunun qalibi olub