21 yaşlı argentinalı “Ayaks”da
22.08.2023 - 20:53
21 yaşlı argentinalı “Ayaks”da

“Ayaks” heyətini gənc futbolçu ilə gücləndirib.

Apasport.az saytı xəbər verir ki, Qaston Avila ilə 5 illik müqavilə bağlanıb.

21 yaşlı futbolçu “Antverpen”dən transfer olunub. “Ayaks” argentinalı futbolçunun keçidinə 12,5 milyon avro xərcləyib. Amsterdam klubu 2 milyon avro bonus şəklində ödəniş edəcək.

Qeyd edək ki, ampluca müdafiəçi olan Avil “Antverpen”də bir mövsüm keçirib. O, Belçika çempionatında 29 oyunda iki ötürmə ilə yadda qalıb.