30 dəqiqədə şou göstərdi - Undav matçın ən yaxşısı seçildi
21.06.2026 - 02:14
DÇ-2026-nın E qrupunda keçirilən Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada Almaniya millisinin hücumçusu Deniz Undav layiq görülüb.
Oyuna sonradan daxil olan Undav cəmi 30 dəqiqə meydanda olmasına baxmayaraq, 2 qolla yadda qalıb və komandasının 2:1 hesablı qələbəsində həlledici rol oynayıb.
Futbolçu qarşılaşmanı 9,3 reytinqlə başa vurub.
Qeyd edək ki, Almaniya E qrupunda ilk turda Kurasaonu 7:1 hesabı ilə məğlub etmişdi.
Almanlar qrupdakı növbəti oyununu iyunun 25-də Ekvadora qarşı keçirəcəklər.
0
0