
“Atletiko”nun yarımmüdafiəçisi Yannik Karrasko yenidən komandadan ayrıla bilər.
Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvünün bu dəfə İngiltərəyə köçmək variantı yaranıb.
2018-ci ildə “Atletiko”nu Çin klubu “Dalian”a dəyişən və 2020-ci ildə yenidən Madridə qayıdan 29 yaşlı hücumameylli futbolçu bu dəfə “Nyukasl”ın maraq dairəsinə düşüb. “Sağsağanlar” bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır. Rəsmi təklif edilərsə, İspaniya təmsilçisi müsbət reaksiya göstərməyi planlaşdırır.
Qeyd edək ki, 2018-2020-ci illərdəki “Dalian” macərasını nəzərə almasaq, Yannik Karrasko 2015-ci ildən “Atletiko”ya məxsusdur.
- Ukraynalı futbolçular baş məşqçini paltardəyişmə otağından qovdular
- Slavko Georgiyevski: “Bir gün “Neftçi”nin baş məşqçisi olacağıma inanıram” - MÜSAHİBƏ
- "Dinamo"nun 3 müdafiəçisi "Qarabağ"a qarşı oynamayacaq
- Prezident: “Bu qələbə digər idman növləri üçün gözəl nümunədir”
- Super Liqa: “Kasımpaşa”dan möhtəşəm geridönüş