Afrika Millətlər Kuboku: Mozambik Qabonu, Sudan Ekvatorial Qvineyanı məğlub edib
28.12.2025 - 23:56
Afrika Millətlər Kuboku: Mozambik Qabonu, Sudan Ekvatorial Qvineyanı məğlub edib

Afrika Millətlər Kubokunda II turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, F qrupunda Mozambik və Qabon milli komandaları üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada 5 qol vurulub. Oyun Mozambik yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə Ekvatorial Qvineya yığması ilə qarşılaşan Sudan minimal hesablı qələbə qazanıb – 1:0.

Əlcəzair milli komandası isə Riyad Mahrezin vurduğu qolla Burkina Fasonu 1:0 hesabı ilə məğlub edib.