Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə
11.01.2026 - 00:54
Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, günün ilk matçında Əlcəzair millisi Nigeriya yığması ilə üz-üzə gəlib.

Gərgin keçən oyunda azarkeşlər 2 qola şahidlik ediblər. Görüş Nigeriyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Misir yığması isə Fildişi Sahilini 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.