Türkiyə Futbol Federasiyasının (TFF) sabiq vitse-prezidenti Lütfi Arıboğan və daha üç keçmiş rəhbər şəxs “İdmanda FETÖ əməliyyatı” çərçivəsində saxlanılıb.
Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu keçmiş milli basketbolçu və sabiq TFF-nin vitse-prezidenti Lütfi Arıboğan, Türkiyə Milli Olimpiya Komitəsinin sədri Ahmet Gülüm, hüquqşünas-professor İlhan Helvacı və sabiq TFF baş katibi Ebru Köksal barəsində saxlanılma qərarı verib.
Onlar “FETÖ/PDY silahlı terror təşkilatına yardım” və “istintaqın məxfiliyini pozma” maddələri ilə ittiham olunurlar.
İddialara görə, “Fənərbaxça” klubunun sabiq prezidenti Ali Koç iş üzrə şikayətçi qismində çıxış edir.
- Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları bəlli oldu
- Bundesliqa: “Verder”dən minimalhesablı qələbə
- İlkin Qırtımov: "Komandamın yanında olmaq üçün məşqlərə tez qoşulmağa çalışacağam"
- “Yunayted” argentinalı ilə bağlı qərarını verib
- Bəxtiyar Musayev: "Bu barədə danışmaq üçün hələ tezdir"