Alkantara 6 həftə oynamayacaq
09.08.2022 - 16:42
“Liverpul” yarımmüdafiəçisi Tyaqo Alkantaranın xidmətindən məhrum olub.
Apasport.az saytının məlumatına görə, ispan futbolçu Premyer Liqanın I turunun “Fulhem”lə görüşündə zədələnib.
Alkantara 6 həftə meydanlardan kənar qalacaq. Bu da onun Premyer Liqanın növbəti altı turunu buraxması deməkdir. Onun zədələndiyi qarşılaşma 2:2 hesabı ilə nəticələnib.
Qeyd edək ki, Tyaqo ötən mövsüm 39 matçda forma geyinib. O, bu görüşlərdə 2 qola imza atıb.
- Kamer Qaka: “Qarabağ” güclü, ciddi komandadır”
- Nuno Qomeş “Qarabağ”dan danışdı: “Gec-tez çoxlu mükafatlar alacaqlar”
- Çempionlar Liqasının yarımfinalının ən dəyərli "11-liyi"
- Azərbaycanın 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokuna qatılacaq
- Ölkə çempionatı: 1/16 final mərhələsinin ikinci partiyaları keçirilib - FOTO
0
0