Alleqri rekorda imza atıb
16.05.2024 - 10:39
İtaliya kubokunun final oyununda Turin "Yuventus"u "Atalanta" ilə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, Massimiliano Alleqrinin yetirmələri 1:0 hesablı minimal hesablı qələbəni bayram ediblər.
Görüşün lap əvvəlində yeganə qolu serbiyalı hücumçu Duşan Vlahoviç vurub. Bu uğur sayəsində Alleqri ölkə kuboku tarixində ən çox mükafat alan məşqçi olub.
“Yuventus”un mütəxəssisi bu turnirdə 5 mükafat qazanıb. O, hər birinin 4 qələbəsi olan Roberto Mançini və Sven-Göran Erikssonu üstələyib.
Massimilianonun Turin nəhəngi ilə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.
- Müller milli komanda karyerasını sonlandırır
- Azərbaycan idmançıları Avropa çempionatında uğurla çıxış ediblər - FOTO
- Millimizin üzvü oynadı, komandası çempion oldu
- Bəxtiyar Musayev: “Ona çətinlik yaradacaq komanda görmürəm” - MÜSAHİBƏ
- İsveç yığmasının kapitanı: "Azərbaycan 3 qol buraxdıqdan sonra da təslim olmadı"
0
0