Millimiz heç-heçə edib
11.02.2025 - 02:32

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, U-17 BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Millinin heyətində hər iki qolu 37 və 75-ci dəqiqələrdə Xanım Əsədova vurub.
Qeyd edək ki, komandalar arasında fevralın 7-də keçirilən ilk matçda Birləşmiş Ərəb Əmirlikləri seçməsi 2:1 hesablı qələbə qazanıb.
- Rauf Əliyev: “Özümü şikəst etmək istəmədim, keyidici iynələr də artıq təsir etmirdi” - MÜSAHİBƏ
- Arda Gülerin transfer qiyməti dəyişib
- ÇL: Növbəti tura yüksələn komandalar bəlli olub
- İngiltərə kubokunda növbəti turun cütlükləri bəlli oldu
- AFFA Hakimlər Komitəsi "Sumqayıt" klubunun üzvləri üçün seminar keçirib
0
0