Alman vunderkind “Barselona”da
08.08.2023 - 21:14
![Alman vunderkind “Barselona”da](https://apasport.az/storage/news/2023/august/08/big/64d26a45e52fb64d26a45e52fc169151136564d26a45e52f964d26a45e52fa.jpg)
“Barselona” heyətini istedadlı alman futbolçu ilə gücləndirib.
Apasport.az saytı xəbər verir ki, söhbət Noah Darviçdən gedir.
“Frayburq”dan transfer olunan futbolçuya 2,5 milyon avro ödənilib. Noahla 2026-cı il iyunun sonuadək müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçinin müqavilədə sərbəst qalma məbləği 1 milyard avro göstərilib. “Barselona” 17 yaşlı futbolçunu “Barsa Atletik”ə icarəyə verib.
Qeyd edək ki, Darviç Almaniyanın 17 yaşlı futbolçulardan ibarət yığmasının üzvüdür.
0
0