Amrabat İtaliya klubunun radarında
14.06.2025 - 14:28
İcarə əsasında “Fənərbaxça”da çıxış edən Sofyan Amrabat İtaliya klubunun radarına düşüb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atalanta” 28 yaşlı futbolçunu yay transfer planlarına daxil edib.
2024/25 mövsümündə İstanbul təmsilçisində icarə əsasında çıxış edən mərakeşli futbolçu “Fiorentina”ya qayıdıb.
Amrabat daha əvvəl “Fiorentina” və “Verona” forması ilə İtaliya çempionatında 100-dən çox oyuna çıxıb. O, “Fənərbaxça”nın heyətində 39 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- ÇL: Təmsilçilərimizin oyun təqvimi bəlli olub
- Avropa Liqası: "Fənərbaxça"nın 1/8 finaldakı rəqibi müəyyənləşdi - YENİLƏNİB
- Azərbaycan millisinin Avropa çempionatının 2025/2026 mövsümünün II raundundakı rəqibləri müəyyənləşib
- Millimizin AVRO-2025-dəki rəqibləri bəlli oldu - YENİLƏNİB
- Ayxan Abbasov: “Rəqib bunu tələb edir”
0
0