“Arsenal” Martinelli planı
13.02.2025 - 22:26
![“Arsenal” Martinelli planı](https://apasport.az/storage/news/2025/february/13/big/67ae3a0867d0d67ae3a0867d0e173947136867ae3a0867d0b67ae3a0867d0c.jpeg)
“Arsenal” Qabriel Martinellinin klubdakı uzunmüddətli gələcəyini təmin etmək üçün yeni müqavilə təklif etməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Topçular" 23 yaşlı futbolçunun müqaviləsini uzatmağı hədəfləyir.
Oyunçunun hazırkı müqaviləsi 2027-ci ildə başa çatacaq.
Qeyd edək ki, Martinelli bu mövsüm "Arsenal"ın heyətində çıxış etdiyi 35 rəsmi matçda 7 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0