Ançelotti Gülərə icarəyə getməyi məsləhət görüb
19.04.2024 - 17:38
"Real"ın baş məşqçisi Karlo Ançelotti Arda Gülərə icarəyə getməyi məsləhət görüb.
Apasport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə bir çox İspaniya klubları maraqlanır. Madrid rəhbərliyi hələ futbolçunun gələcəyi ilə bağlı qərar verməyib.
Gülər 2023-cü ilin yayında "Real Madrid"ə keçib. O, klubda 7 oyun keçirib, 1 qol vurub. "Transfermarkt" portalı futbolçunun dəyərini 15 milyon avro olaraq qiymətləndirir. Yarımmüdafiəçinin klubla müqaviləsi 2029-cu ilin iyunun sonuna kimidir.
- Qvardiola “Qalatasaray”la matçı buraxacaq futbolçuları açıqlayıb
- 2006-dan 2026-ya uzanan yol: 736 futbolçudan yalnız 4-ü qaldı
- Yeniyetmələr arasında üçüncü LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib
- Voleybolçularımız təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Millimiz Özbəkistana məğlub oldu
0
0