Ancelotti yerinə Xabi Alonso
26.09.2023 - 10:28
Madrid "Real"ında gələn mövsüm yeni baş məşqçinin təyinatı planlaşdırılır.
Apasport.az saytı xəbər verir ki, klub rəhbərliyi bu posta ən ideal namizəd kimi Xabi Alonsonu görür.
“Qalaktikos” Leverkuzen “Bayer”inə rəhbərlik edən 41 yaşlı ispanın işini diqqətlə izləyir. Paytaxt klubunun hazırkı baş məşqçisi Karlo Ancelottinin mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Xabi Alonso 2009-2014-cü illərdə “kral klubu”nun futbolçusu olub. “Real”ın aşağı yaş qruplarında (2018/19) da işləyən veteran yarımmüdafiəçi 2022-ci ildən “Bayer”ə rəhbərlik edir.
- "Kür-Araz" evdə, "Qaradağ Lökbatan" səfərdə qalib gəlib
- FİFA-dan qərar: 2,25 milyard dollarlıq rekord investisiya
- Ağasəlim Mircavadov: "Mən bu sözü 1994-cü ildən bəri deyirəm"
- Yeniyetmə cüdoçularımız Dünya Çempionatında çıxış edəcək
- Almaniya mundialla vidalaşdı, Yaponiya və İspaniya 1/8 finalda - YENİLƏNİB
0
0