Ardıcıl 4-cü dəfə ilin futbolçusu seçildi
29.12.2023 - 15:31
![Ardıcıl 4-cü dəfə ilin futbolçusu seçildi](https://apasport.az/storage/news/2023/december/29/big/658ec6a5752d8658ec6a5752d91703855781658ec6a5752d6658ec6a5752d7.jpg)
"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ilin ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, Gürcüstanda 2023-cü ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Gürcüstan millisində çıxış edən 22 yaşlı yarımmüdafiəçi ardıcıl 4-cü dəfə ilin futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, futbolçunun "Napoli" ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
0
0