Argentina millisində itki
27.03.2026 - 19:38
Argentina millisində ciddi itki yaşanıb.
Apasport.az xəbər verir ki, Xoakin Panikelli zədələnib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Futbolçu diz bağlarından xəsarət alıb. 23 yaşlı forvardın 6-7 ay meydana çıxa bilməyəcəyi gözlənilir.
Hücumçu yayda keçiriləcək dünya çempionatını buraxacaq.
Qeyd edək ki, Xoakin Panikelli bu mövsüm "Strasburq"un heyətində 39 matçda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.
0
0