![Argentina millisinin üzvü "Əl İttihad"da](https://apasport.az/storage/news/2024/january/12/big/65a0cb91a191165a0cb91a1912170503668965a0cb91a190f65a0cb91a1910.png)
Yarımmüdafiəçi Anxel Korrea “Atletiko”nu tərk edə bilər.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu argentinalı ilə müqavilə bağlamaqda maraqlıdır.
Ərəblər 28 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. Korrea klubdan ayrılsa, Madrid təmsilçisi ABŞ-nın "Atlanta Yunayted" komandasından Tiaqo Almadanı almağa çalışacaq.
22 yaşlı yarımmüdafiəçi 2023-cü ildə MLS-də ən yaxşı gənc oyunçu seçilərək, Amerika çempionatının simvolik komandasına daxil olub.
Qeyd edək ki, Argentina millisinin də şərəfini qoruyan Korrea bu mövsüm “Atletiko” forması ilə meydana çıxdığı 23 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.