Argentinada bütün oyunlar təxirə salındı - SƏBƏB
02.09.2022 - 12:49
Argentinada bugünkü bütün futbol oyunları təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Argentina Futbol Assosiasiyası verib.
Sentyabrın 2-də baş tutmalı olan qarşılaşmalar başqa tarixdə keçiriləcək. Buna ölkə vitse-prezidenti Kristina Fernandes de Kirşnerin öldürülməsinə cəhd edilməsi səbəb olub.
Qeyd edək ki, Kirşner evinin qarşısında tərəfdarlarını salamlayan zaman ona tapança yönləndirilib. Lakin cinayətkar yaxalandığı üçün atəş aça bilməyib.
- İslam Oyunları: İdmançılarımız 6 növdə mübarizə aparacaqlar
- “Qalatasaray” və “Beşiktaş”ın sabiq prezidentləri Burak Elmas və Fikrət Orman saxlanılıb
- “Fənərbaxça”lı ərəblərə “yox” deyib Braziliyaya getdi
- Elmar Baxşıyev : De Byazi "Qəbələ" üçün... - Eksklüziv
- Taekvondoçumuz Avropa çempionatında 3-cü yeri tutub
0
0