Argentinalı hücumçu "Yuventus"da
26.08.2024 - 10:35
"Fiorentina"nın hücumçusu Nikolas Qonzales Turin "Yuventus"una keçib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Forvard 1 illik icarə əsasında “qoca sinyora”nın heyətinə qoşulub.
Ötən mövsüm Qonzales "Fiorentina"nın heyətində 44 matçda iştirak edib, 16 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalının məlumatına görə, argentinalının bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, A Seriyasının ilk turunda "Yuventus" "Komo"nu 3:0 hesabı ilə məğlub edib.
- Türkiyə Super Liqasında tura yekun vurulub
- Cüdoçularımız Avropa çempionatına türkiyəli mütəxəssisin rəhbərliyi altında hazırlaşırlar
- Azərbaycan çempionatının oyunları təxirə salındı - SON DƏQİQƏ
- Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu başladı
- AFFA lisenziyalaşdırma ilə bağlı imtahan keçirib
0
0